Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb

Bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səlimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarındakı 58 yaşlı İlqar Musayevi vurub.

Musayev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Report.