Özbəkistanın axtarışa verdiyi “narkobaron” Türkiyədə tutulub

Özbəkistan hüquq mühafizə orqanları tərəfindən qırımızı bülletenlə axtarışa verilmiş “narkobaron” Odil Fəxrəddinoviç Xudayberdiyev Türkiyənin Mersin şəhərində tutulub.

Məlumatı Türkiyənin NTV kanalı yayıb.

Bildirilib ki, o, Mersində kənd təsərrüfatı sahələrində işləməklə gizlənirmiş. Mersin əyalət Prokurorluğu ilə Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları onu bölgədə aşkar edərək, tutub.

Report.