Ermənistan Türkiyə ilə münaqişə üçün prinsipcə heç bir əsasın yaranmamasına çalışmalıdır.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Ankara ilə münasibətlərin normallaşdırılması məsələsini şərh edərkən bildirib.
“Biz niyə türklərlə savaşmalıyıq? Əgər onlar bizə hücum etmək istəsələr, bizim möhkəmlənməyə vaxtımız olmayacaq. 70 il ərzində bizə aşılanan, guya Rusiyadan yapışmaq lazımdır, əks halda türklərin bizi məhv edəcəyi kimi yanlış təsəvvürün reallıqla heç bir əlaqəsi yoxdur”, – deyə Simonyan bildirib.
Report.