Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib

Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib

İrsi qan xəstəliyi olan hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, pasiyentlər dərmanlarını almaq üçün hələ də ayda 2 dəfə rayonlardan Bakıya gəlirlər:

“Şəmkirdə yaşayan bir xəstə ildə 27 dəfə Bakıya gəlib-getməli olur, bu isə 27 min kilometr məsafə deməkdir. Bu administrativ bir çətinlik olsa da, problem artıq bir neçə ildir ki, davam edir. Təklifim ondan ibarətdir ki, bu dərmanlar ən yaxşı halda rayon mərkəzi xəstəxanalarına aylıq olaraq çatdırılsın”.

Report.