İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib

İranın Qeşm adası və Hörmüz boğazına yaxın Bəndər Hamir şəhəri yaxınlığında artlayış səsləri eşidilib.

Məlumatda partlayışların mənbəyi göstərilməyib, lakin bunun İranın Silahlı Qüvvələri tərəfindən alternativ cənub marşrutu ilə Hörmüz boğazından keçməyə çalışan gəmilərə qarşı xəbərdarlıq atəşi ola biləcəyi ehtimal edilir.

Məlumatda həmçinin Qeşm adası sakinlərinin döyüş təyyarəsinin səsini eşitdiyi və adaya raketə bənzər iki obyektin düşdüyü bildirilib.

Report.