Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib.
Bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımıdan 6 min 311,9 ton (13,2 %), dəyər baxımından isə 1 milyon 389,9 min ABŞ dolları (4 %) azdır.
Hesabat dövründə xurma ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
Qeyd edək ki, 9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.
Report.