Hakan Fidan: Şimali Kiprin hüquq və maraqlarının müdafiəsinə davam etdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Kiprə işgüzar səfər edib.

Bu barədə türkiyəli nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, səfər çərçivəsində Şimali Kipr Prezidenti Tufan Erhürman, Baş nazir Ünal Üstel və xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşlər keçirilib.

Görüşlərdə ikitərəfli münasibətlər və Kiprlə bağlı son proseslər müzakirə olunub.

H. Fidan qeyd edib ki, Türkiyə Şimali Kipr xalqının təhlükəsizliyini, inkişafını və rifahını daim prioritet hesab edir, onların öz gələcəklərini azad, təhlükəsiz və firavan şəkildə qurmasına dəstəyini davam etdirir.

“Kipr məsələsinin ən real həlli adada iki dövlətin yanaşı mövcudluğudur. Kipr türk xalqının ayrılmaz hüquqları olan suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun tanınması ədalətli və davamlı həllin əsas şərtlərindəndir”, – o qeyd edib.

Report.