Yollarda duman olacaq – Sürücülərin nəzərinə!

Yollarda duman olacaq  – Sürücülərin nəzərinə!

Azərbaycanda avtomobil yollarında vəziyyət açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 19-u gecə və səhər ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Qafqazinfo.