ANS-in keçmiş əməkdaşı Sevinc Tahirovanın “MTV Azərbaycan”a icraçı direktor təyin olunması barədə məlumat yayılıb.
O, sözügedən xəbərə aydınlıq gətirib.
S.Tahirova bildirib ki, sadəcə həmin kanalın tərkibində fəaliyyət göstərən reklam agentliyinə təyinat alıb: “Əlbəttə ki, MTV-nin öz təsisçisi, rəhbərliyi var. Mənim icraçı direktor olmağım isə reklam agentliyinə aiddir”.
Qeyd edək ki, Sevinc Tahirova müxtəlif illərdə ANS, eyni zamanda Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi kimi çalışıb.
Qafqazinfo.