Hüquqi şəxslərə cinayət hüquqi tədbirlərin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməməyə görə hüquqi şəxslərə cinayət-hüquqi tədbirləri tətbiq olunacaq.
Qeyd edilib ki, sözügedən əməlin törədilməsinə görə, cinayət-hüquqi tədbirlər məhkəmə aktı ilə müvafiq öhdəliklərin icrası bilavasitə hüquqi şəxsin üzərinə qoyulduqda tətbiq ediləcək.
Daxilqızı
Qafqazinfo.