Prezidentdən Jalə Əliyeva ilə bağlı – Sərəncam

Prezidentdən Jalə Əliyeva ilə bağlı  – Sərəncam

Millət vəkili Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bildirilib ki, Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə J.Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu gün deputatın 60 yaşı tamam olur.