Biləsuvarda minik avtomobili aşdı – Həkim yaralandı

Biləsuvarda minik avtomobili aşdı  – Həkim yaralandı

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəzada ağır bədən xəsarəti alan qadın sərnişin rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza nəticəsində sürücü və avtomobildə olan həyat yoldaşı, Beyləqan rayon sakini, 1959-cu il təvəllüdlü Məmmədova Sücaət Qardaşxan qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılara Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında zəruri tibbi yardım göstərildikdən sonra onlar müalicələrinin davam etdirilməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıblar.

Qeyd edək ki, Sücaət Məmmədova Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim-infeksionist vəzifəsində çalışır.

Surxay Şahbazov

Qafqazinfo.