Ermənistanda iki polis əməkdaşı qayda pozan sürücünü saxlamağa çalışarkən yaralanıb.
Bu barədə polis idarəsindən məlumat verilib.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları yol hərəkəti qaydalarını pozan “Hyundai” markalı avtomobilin sürücüsündən maşını saxlamağı tələb ediblər. Buna cavab olaraq avtomobildən atəş açılıb, nəticədə iki polis yaralanıb. Daha sonra avtomobil tapılıb, sərxoş sürücü və sərnişin saxlanılıb. Polislər xəstəxanaya yerləşdiriliblər.
Report.