“Əgər təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib.
O bildirib ki, ölkədə təhsilin keyfiyyətli olması üçün işlər aparılır: “PISA nəticələrinə əsasən, Bakıda vəziyyət əvvəlki dövrlə müqayisədə daha yaxşıdır. Burada, əlbəttə ki, müəllimlərin əziyyəti var. Ötən illər ərzində müəllimlərin işi azalmayıb, əksinə artıb”.
Gülnar Əliyeva
Qafqazinfo.