Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq – “Boz kardinal” nə deyəcək?

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq  – “Boz kardinal” nə deyəcək?

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun məhkəmə istintaqı başlayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə əsas iclas keçiriləcək.

Ev dustaqlığında olan 88 yaşlı Ramiz Mehdiyev səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmir. O, ilk iclas da videokonfrans vasitəsilə iştirak edir.

İş materiallarının həcminin böyük və epizodların çoxsaylı olması nəzərə alınaraq prosesdə prokurorluğun iki dövlət ittihamçısı iştirak edir.

Bu gün dövlət ittiham aktını elan edəcək, Ramiz Mehdiyevdən özünü təqsirli bilib-bilmədiyi soruşulacaq. Ardınca Ramiz Mehdiyev hakim qarşısında sərbəst ifadə verə bilər.

Proses yaxın saatlarda başlayacaq.

Qeyd edək ki, Ramiz Mehdiyev ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlərdə, dövlətə xəyanətdə, külli miqdarda rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilir.

İttiham olunduğu maddələr üzrə nəzərdə tutulan cəzalar arasında ömürlük azadlıqdan məhrumetmə də var.

Sail Ağasəlim

Qafqazinfo.