Türkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib

Türkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib

Türkiyəli jurnalist Ali Tarakcı sosial media hesabında paylaşdığı saxta məlumata görə həbs edilib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, Ankara Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində A. Tarakcı barəsində Türkiyə Cinayət Məcəlləsinin “yanıldıcı məlumatı açıq şəkildə yaymaq” ittihamı üzrə hüquqi prosedur başladılıb.

Məhkəmənin qərarı ilə A. Tarakcı barəsində həbs qətimkan tədbiri seçilib.

Report.