Əzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq

Əzizi: Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı açılmayacaq

Tehranın şərtləri icra olunana qədər Hörmüz boğazı yenidən açılmayacaq.

Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib.

“Vaşinqton danışıqlar barədə yanlış anlayışa malikdir və yalnız güc dilini başa düşür. İran öz ərazisini müdafiə edir və hazırda vəziyyəti sabitdir”, – o vurğulayıb.

İ. Əzizinin sözlərinə görə, İranın kəşfiyyat orqanları hər yerdə mövcuddur:

“Vaşinqton öz strateji hesablamalarında səhvə yol verib və İrana qarşı müharibənin gedişatında nəzərdə tutulan hədəflərinə çatmayıb”.

Report.