İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görüşü əhəmiyyətsizdir.
Bunu İran rəhbəri “Al Jazerra” telekanalına müsahibəsində deyib.
“ABŞ yazdıqlarımıza əməl etməyəndə, Trampla görüş hansı problemi həll edir?”, – o jurnalistin sualına cavab verib.
Onun sözlərinə görə, Hörmüz boğazının ABŞ silahlarının daşınması üçün açıq olmasına icazə verilməyəcək.
Report.