Ağcabədidə ağır yol qəzası – İki qardaş öldü

Ağcabədidə ağır yol qəzası  – İki qardaş öldü

Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub.

Nəticədə VAZ-2107-də olan iki qardaş hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı

Qafqazinfo.