27 sentyabr Anım Günü ərəfəsində Yasamal rayon ictimaiyyəti Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi yad edib.
Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə Yasamal rayonunda ağacəkmə aksiyası keçirilib.
Yasamal RİH başçısı Elşad Həsənəvun rəhbərliyi ilə ictimaiyyət nümayəndələrinin, qazi və şəhid ailələrinin iştirak etdiyi ağacəkmə aksiyasında müxtəlif növ ağaclar əkilib.
Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. Ərazidə əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunub. Həmçinin il boyu bu ağaclara qulluq göstərilməsi üçün məsul şəxs və qurumlar təhkim olunub.