“Niaqara”da Anım Gününə həsr olunan tədbir keçirildi – Fotolar

“Niaqara”da Anım Gününə həsr olunan tədbir keçirildi  – Fotolar

Nəsimi rayonunda yerləşən “Niaqara” şadlıq sarayında 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

Keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhid ailələri, Vətən müharibəsi əlilləri və veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxışçılar Anım Günü haqqında fikirlərini, hərbçilərimizin 44 gün boyunca savaş meydanında göstərdikləri rəşadəti qeyd ediblər.

Bildirilib ki, Anım Günü Azərbaycanın 33 illik müstəqillik tarixinin ən şərəfli günlərindən biridir və Azərbaycan XXI əsrdə yeganə dövlətdir ki, ərazi bütövlüyünü öz hərbi gücü hesabına bərpa edib. Bu yolda Ali Baş Komandan İlham Əliyevin xidmətləri, yürütdüyü siyasət və sərkərdəlik bacarığı xüsusi vurğulanıb.

Çıxış edən şəhid ailələrinin üzvləri və qazilər göstərilən diqqətə görə təşəkkür ediblər.



Qafqazinfo.