Tovuzda iki məktəblini maşın vurub.
Hadisə rayonun Qovlar qəsəbəsində qeydə alınıb.
İlkin məlumata əsasən, 2010-cu il təvəllüdlü X.Ə. və həmyaşıdı F.N.-ni “Range Rover” markalı avtomobil vurub.
16 yaşlı qızlardan biri Tovuz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, digəri isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev
Qafqazinfo.