Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı – Xəsarət alan var

Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı  – Xəsarət alan var

Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Siyəzən rayon ərazisində olub.

Belə ki, “Mercedes” markalı yük avtomobili hərəkətdə olarkən, sürücü idarəetməni itirib, nəticəsində yük avtomobili əvvəlcə “Opel” markalı minik avtomobili ilə toqquşub, daha sonra yol kənarına aşıb.

Hadisə zamanı yük avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Qafqazinfo.