Türkiyədə korrupsiyaya görə 2-si bələdiyyə sədri olmaqla 16 nəfər həbs edilib

Türkiyədə korrupsiyaya görə 2-si bələdiyyə sədri olmaqla 16 nəfər həbs edilib

Türkiyənin Mersin Böyükşəhər Bələdiyyəsi, o cümlədən Yenişehir və Mezitli bələdiyyələrinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan 60 nəfərdən 16-sı həbs edilib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, həbs olunanlar arasında Yenişehir bələdiyyə sədri Abdullah Özyiğit və Mezitli bələdiyyə sədri Ahmet Serkan Tuncer də var.

Report.