Toyda döyülən şəxs xəstəxanada öldü

Toyda döyülən şəxs xəstəxanada öldü

Oktyabrın 2-si Abşeron rayonu Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində döyülən gənc xəstəxanada vəfat edib.

Ağır xəsarətlər alan 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin həyatını xilas etmək mümkün olmayıb.

O, ötən gün Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qafqazinfo.