Quba sakini dəm qazından öldü

Quba sakini dəm qazından öldü

Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Dünən rayon sakini 60 yaşlı Allahverdiyev İmran Ziyəddin oğlu yaşadığı Quba şəhər SUM-12 yaşayış massivindəki fərdi evində qazdan zəhərlənib.

Evin həyətyanı sahəsindəki hamam otağında çimərkən dəm qazından zəhərlənən şəxs hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo.