Türkiyədə sərnişin təyyarəsində bomba xəbərdarlığı ilə bağlı 143 nəfər təxliyə edilib

Türkiyənin paytaxtı Ankaradan Şanlıurfaya uçan “AJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsində partlayıcı maddənin olması ilə bağlı xəbərdarlıq olunub.

Məlumata görə, uçuşa hazırlaşan təyyarədə təhlükəsizlik prosedurları işə salınıb.

Təyyarə Şanlıurfa Hava Limanına təhlükəsiz eniş edib və 136 sərnişin və 7 ekipaj üzvünün təhlükəsiz təxliyəsi üçün zəruri tədbirlər görülüb. Beləliklə, ümumilikdə 143 nəfər təyyarədən çıxarılıb.

Report.