Astarada ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Hamoşam kəndində baş verib. Kənd sakini, 1966-cı il təvəllüdlü sürücü Əlikram Ağayev torpaq yolda VAZ-2121-ə (“Niva”) idarəetməni itirib, nəticədə avtomobil aşıb. Ə.Ağayev hadisə yerində ölüb.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Astara şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Report.