“Tasnim”: Trampın iqtisadi təzyiq planı psixoloji silah kimi istifadə olunur

“Tasnim”: Trampın iqtisadi təzyiq planı psixoloji silah kimi istifadə olunur

ABŞ Prezidenti Donald Trampın iqtisadi təzyiq planı İran xalqına qarşı psixoloji silah kimi istifadə olunur.

Bunu İranda yüksəkrütbəli mənbə “Tasnim”ə açıqlayıb.

“Trampın yaxın zamanlarda bəhs etdiyi iqtisadi təzyiq planı, sadəcə olaraq onun media komandasının İran xalqına psixoloji təzyiqi artırmaq kampaniyasına əsaslanır”, – mənbədən sitat gətirilib.

Qeyd olunub ki, Amerika İrana qarşı edə biləcəklərini edib. “Söhbət ilkin və ikinci dərəcəli sanksiyalar, dəniz blokadasından gedir”, – o bildirib və əlavə edib ki, hazırkı bəyanatlar informasiya müharibəsinin tərkib hissəsidir.

Əlavə edilib ki, ABŞ-nin İrana təzyiq planından çox, danışıq cəhdləri realdır. Çünki pakistanlı vasitəçi (Pakistan Quru Qoşunlarının komandanı Asim Munir-red.) İrandadır və bu istiqamətdə görüşlər keçirilir.

Report.