Ermənistan vətəndaşlarının yarısından çoxu növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri hesab edir.
Sorğu iştirakçılarının 33,6 %-i növbədənkənar seçkilərin birmənalı şəkildə zəruri olduğunu, daha 17,1 %-i isə çox güman ki, buna ehtiyac olduğunu hesab edir.
Əgər növbədənkənar parlament seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, “Gallup” sorğusuna əsasən ən çox səsi (24,3 %) hakim “Mülki müqavilə” partiyası toplayardı. İkinci yeri 8,5 % nəticə ilə “Güclü Ermənistan” partiyası, üçüncü yeri isə respondentlərin 6,7 %-nin səs verməyə hazır olduğu “Ermənistan” bloku tutardı.
Report.