Hörmüz boğazı yaxınlığında azı dörd tanker minaya düşüb.
“Hörmüz boğazının cənubundakı qadağan olunmuş ərazidən keçməyə çalışan dörd pozucu tanker dəniz minalarına düşüb və məhv edilib; hazırda onlar alov içindədir. Daha iki pozucu gəmi saxlanılıb və dayandırılıb”, – məlumatda deyilir.
Hərbçilər həmçinin SEPAH-ın hava hücumundan müdafiə qüvvələrinin Hörmüz boğazı üzərində 56-cı MQ9 pilotsuz uçuş aparatını vurduğunu bildiriblər.
Paylaşımda vurulan pilotsuz uçuş aparatının hansı ölkəyə məxsus olduğu dəqiqləşdirilməyib.
Report.