Rusiyanın ən zəngin biznesmenlərinin sərvəti 28 milyard dollardan çox azalıb

Rusiyanın ən zəngin biznesmenlərinin sərvəti 28 milyard dollardan çox azalıb

Rusiyanın ən zəngin biznesmenlərinin sərvəti bu ilin əvvəlindən 28 milyard dollardan çox azalıb.

Bunu “Bloomberg Billionaires Index”in oktyabrın sonuna olan məlumatları göstərir.

Reytinqin rusiyalı iştirakçıları arasında sərvətin ən böyük azalması “Nornikel”in prezidenti Vladimir Potanində qeydə alınıb – illik olaraq 8,1 milyard dollar azalaraq 21,6 milyard dollara enib.

Növbəti yerdə Mixail Proxorov (“Oneksim”) qərarlaşıb – 4,86 milyard dollar azalaraq 10,8 milyard dollar olub. İlk üçlüyü sərvəti 3,8 milyard dollar azalaraq 10,4 milyard dollara düşən Mixail Fridman qapayır.

Oktyabrın 1-nə olan məlumata görə, Rusiyanın ən zəngin biznesmenlərinin sərvəti ilin əvvəlindən bəri 25 milyard dollardan çox azalıb.

Report.