Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası gələn həftə Ermənistanın təşkilatda səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edə bilər.
Bu barədə TASS-a Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
“Ermənistan artıq iki ildən çoxdur ki, üzvlük haqlarını ödəmir, buna görə də onun üzvlüyünün müvəqqəti dayandırılması – daha dəqiqi, üzvlük haqları ödənilənə qədər səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxıla və qərar qəbul edilə bilər”, – o deyib.
Pankin xatırladıb ki, Rusiya KTMT-yə sədrlik edir və bütün gündəliyə görə məsuliyyət daşıyır.
Report.