Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq

Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq

ABŞ-nin birinci xanımı Melaniya Trampın rəhbərliyi altındakı humanitar missiya çərçivəsində Rusiya noyabrda Ukraynaya 9 uşağı qaytarmağı planlaşdırır.

Bu barədə Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova bildirib.

“Noyabr ayında ABŞ-nin birinci xanımı ilə birlikdə uşaqların ailələrinə qovuşdurulması üzrə növbəti mərhələyə hazırlaşırıq. Ukraynadakı yaxınlarının yanına qayıtmaq istəyən doqquz uşağa kömək etməyi planlaşdırırıq”, – o, ABŞ-nin birinci xanımının Rusiya və Ukrayna nümayəndələri ilə humanitar məsələlərin müzakirə olunduğu görüşü şərh edərkən sosial şəbəkədə yazıb.

Rusiya Prezidentinin müvəkkili qeyd edib ki, noyabrın 5-də Ağ evdə uşaqların ailələri ilə qovuşması mövzusu da qaldırılıb. “Bu iş onun aparatı tərəfindən Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq şəraitində ardıcıl olaraq aparılır.

Report.