Bu gün saat 09:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır.
Düşən yağıntının miqdarı Qusarda 7, Xaçmaz və Qubada 1 mm-dək qeydə alınır.
Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22, Neftçalada 20 m/s-yə çatır.
Qafqazinfo.