Saxta səhifələrdə təhqirlər yazırdı – Həbs edildi

Saxta səhifələrdə təhqirlər yazırdı  – Həbs edildi

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə təhqirdə təqsirləndirilən İlhamə Kərimova həbs edilib.

Barəsində Cinayət Məcəlləsinin 148-2-ci maddəsi ilə iş açılmış şəxs barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İ.Kərimova barəsində 2 sayt rəhbəri xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Onlar həmin şəxsin sosial şəbəkələrdə saxta hesablar açaraq barələrində təhqiramiz ifadələr işlətdiyini iddia ediblər.

Qafqazinfo.