Qazaxıstan ilə İsrail Təl-Əvivdə iki ölkənin dövlət strukturlarının və biznes nümayəndələrini bir araya gətirən “New Economy. New Opportunities” biznes forumunda əməkdaşlıq haqqında yeddi memorandum bağlayıb.
Müzakirələrin mərkəzində rəqəmsal texnologiyalar, süni intellekt və investisiya əməkdaşlığı yer alıb.
Qazaxıstan nümayəndə heyətinə Baş nazirin müavini – Süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev rəhbərlik edib. Forumun açılışında İsrailin Maliyyə Nazirliyinin departamentlərindən birinin rəhbəri Zeev Elkin, İsrailin Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Yael Raviya-Sadok və başqaları iştirak ediblər.
İştirakçılar energetika, su təsərrüfatı, kənd təsərrüfatı, səhiyyə və rəqəmsal iqtisadiyyat sahələrində birgə layihələrin perspektivlərini müzakirə ediblər.