Prezident təltif edəndən 4 ay sonra faciəvi şəkildə öldü – FOTOLAR

Prezident təltif edəndən 4 ay sonra faciəvi şəkildə öldü – FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Zamin Qalayev vəfat edib.

Bu barədə mediaya onun yaxınları məlumat verib.

Gizir rütbəsində xidmət edən Z.Qalayev ötən gün xidməti vəzifəsini yerinə yetirən zaman Naxçıvanda Uzunoba gölündə boğularaq ölüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il dekabrın 15-də imzaladığı sərəncamla Qalayev Zamin Zelan oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!