Ermənistanın Baş naziri Nikol Paşinyan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev telefon danışığı zamanı iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı tədbirləri müzakirə ediblər.
Məlumatı Baş nazirin aparatı yayıb.
Tərəflər Ermənistan-Özbəkistan münasibətlərinin və ikitərəfli gündəliyin gələcək inkişafına dair məsələləri müzakirə ediblər.
Paşinyan və Mirziyoyev ticari-iqtisadi əlaqələrin genişləndirilməsi üçün ardıcıl tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.
Report.