Paşinyan: TRIPP Cənubi Qafqazın iqtisadi transformasiyasının təməl daşı olacaq

Paşinyan: TRIPP Cənubi Qafqazın iqtisadi transformasiyasının təməl daşı olacaq

Tramp Marşrutu (TRIPP) Cənubi Qafqazda iqtisadi vəziyyətin transformasiyasında təməl daşı olacaq.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Ermənistan-Britaniya biznes-forumu 2026″da bildirib.

“Aydındır ki, Ermənistan və regionumuz Bakı ilə İrəvan arasında sülhün bərqərar olması və bundan irəli gələn hadisələrlə bağlı transformasiya mərhələsindədir. Hazırda biz nəinki Ermənistanda, həm də bütün regionda iqtisadi vəziyyətin dəyişməsində, sözsüz ki, təməl daşı olacaq TRIPP layihəsinin işə salınması üzərində hər gün işləyirik”, – o qeyd edib.

Report.