Azərbaycan və Türkiyə standartlaşdırma üzrə birgə Fəaliyyət Planı imzalayıb

Azərbaycan və Türkiyə standartlaşdırma üzrə birgə Fəaliyyət Planı imzalayıb

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Türkiyə Standartlar İnstitutu (TSE) arasında əməkdaşlığın inkişaf etdirilməsi və yeni istiqamətlər üzrə birgə fəaliyyətin genişləndirilməsi məqsədilə 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalanıb.

Məlumata görə sənədə Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) illik toplantısı çərçivəsində AZSTAND-ın nümayəndə heyəti ilə TSE nümayəndələri arasında keçirilən görüş zamanı imza atılıb.

Fəaliyyət Planı çərçivəsində müasir çağırışlar və prioritet istiqamətlər nəzərə alınmaqla süni intellekt, kibertəhlükəsizliyin idarə edilməsi sistemləri, halal sertifikatlaşdırma, istixana qazı emissiyalarının idarə olunması və digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Report.