Dünya Bankı: Azərbaycan dayanıqlı iqtisadi artım üçün xidmət ixracına üstünlük verməlidir

Dünya Bankı:  Azərbaycan dayanıqlı iqtisadi artım üçün xidmət ixracına üstünlük verməlidir

Azərbaycan neft sektorundan kənarda sabit iqtisadi artıma nail olmaq üçün xidmətlər sahəsinin inkişafına və ixracına, eləcə də institusional dəyişikliklərin həyata keçirilməsinə diqqət yetirməlidir.

Bunu Dünya Bankının Azərbaycan üzrə baş iqtisadçısı Stiv Loris Gi-Dibi (Steve Loris Gui-Diby) Bakıda keçirilən “Fitch on Azerbaijan 2026” tədbiri çərçivəsində bildirib.

“Hazırda qeyri-neft sektorunda ümumi faktor məhsuldarlığı göstəriciləri neft-qaz sənayesində hasilatın təbii azalmasını tam kompensasiya etməyə imkan vermir. Bununla belə, aşağı başlanğıc bazası, məqsədyönlü islahatların həyata keçiriləcəyi təqdirdə, Azərbaycana bu dinamikanı operativ şəkildə dəyişmək şansı verir”, – Dünya Bankının nümayəndəsi deyib.

Dünya Bankının qiymətləndirmələrinə görə, logistik məhdudiyyətlərdən və açıq dənizə birbaşa çıxışın olmamasından asılı olmayan xidmətlər sektoru orta və uzunmüddətli perspektivdə qeyri-neft iqtisadiyyatının artımının əsas lokomotivi ola bilər.

“Xidmətlər sahəsinə investorları cəlb etmək və ölkəni regional mərkəzə çevirmək üçün kapital cəlbi maneələrini zəiflətmək, işçi qüvvəsinin hərəkətini liberallaşdırmaq və transsərhəd xidmətlərə maneəsiz çıxışı təmin etmək lazımdır”, – S. L. Gi-Dibi vurğulayıb.

Report.