Azərbaycan və Almaniyanın iqtisadi sahədə istifadə edə biləcəyi böyük potensial var.
Bunu Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin baş direktor müavini Gerlind Hekman Bakıda keçirilən “Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, “yaşıl enerji” və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi” mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında dəstəyə ehtiyacın olduğu impuls mövcuddur: “Almaniya perspektivinə gəlincə, bizim şirkətlərimizə bərpa olunan enerji mənbələri, infrastruktur və müasir texnologiyalar sahələrində böyük potensial görürük. İxrac kredit zəmanətləri və əsasən Almaniya hökumətinin dəstək verdiyi və yaxud dəstək verilən digər alətlər bu imkanları həqiqətən uzunmüddətli davamlı layihələrə çevirməyə kömək edə bilər”.