Özbəkistan BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin regional ofisini açmağa hazırdır

Özbəkistan BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin regional ofisini açmağa hazırdır

Özbəkistan Mərkəzi Asiya ölkələrinə praktiki dəstək göstərmək üçün öz ərazisində BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin regional ofisini açmaq niyyətindədir.

Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Astanada Akaba prosesi çərçivəsində Mərkəzi Asiya dövlət başçılarının süni intellekt sahəsində təhlükəsizlik məsələlərinə dair görüşündə bildirib.

Onun sözlərinə görə, ofis region ölkələrinə terror xarakterli kontent barədə xəbərdarlıq kanallarının yaradılması və fəaliyyəti, terrorizmin maliyyələşdirilməsi hallarının aşkarlanması, mütəxəssislərin ixtisasının artırılması və bu məqsədlərlə süni intellektdən səmərəli istifadə edilməsində dəstək göstərəcək.

Report.