Beynəlxalq öhdəliklərin real iqtisadiyyatda həyata keçirilməsi üçün biznesin, investorların, texnoloji şirkətlərin, yerli icmaların və vətəndaş cəmiyyətinin iştirakı vacibdir.
Bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.
O bildirib ki, məhz bu səbəbdən COP29 rəhbərliyi olaraq özəl sektorun iqlim gündəliyində iştirakını gücləndirmək üçün çalışıblar: “Çünki emissiyaların azaldılması, enerji sistemlərinin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi və istehsal proseslərinin dəyişdirilməsi biznesin fəal iştirakı olmadan mümkün deyil. Özəl sektor yalnız maliyyə mənbəyi deyil, həmçinin texnologiya, innovasiya, idarəetmə təcrübəsi və yeni biznes modelləri gətirir. Buna görə də biznesi iqlim siyasətindən kənarda dayanan tərəf kimi deyil, onun həyata keçirilməsində əsas tərəfdaşlardan biri kimi qəbul etməliyik. Biz iqlim dəyişmələri ilə mübarizə mövzusunda cəmiyyətin bütün aktorları ilə işləməyə davam edirik”.