İsrail Baş naziri Benyamin Netanyahunun İran və Qəzzada hərbi əməliyyatlarla bağlı təhlükəsizlik kabinetinin iclasını çağırdığı bildirilir.
Bu barədə İsrail mediası məlumat yayıb və saatlar sonra məlumata dəyişiklik edilib.
Məlumata görə, iclasda İranın nüvə obyektlərinə hücumlar və HƏMAS-ı tərk-silaha məcbur etmək variantları müzakirə olunacaq.
Görüş ABŞ prezidenti Donald Trampın cümə günü Tehranın yeni atəşkəs təklifindən narazı olduğunu və heç bir razılaşma əldə edilmədiyi təqdirdə “onları cəhənnəm atəşinə tutmağın” yolları barədə məlumatlandırıldığını bəyan etməsindən sonraya təsadüf edir.
Kan ictimai teleradiosunun məlumatına görə, görüşdə həmçinin HƏMAS-ın tərksilah edilməsi və ABŞ-ın rəhbərlik etdiyi Sülh Şurasının atəşkəs planı üzrə danışıqlarda irəliləyişin olmaması ilə bağlı qəzəb fonunda Qəzza zolağında potensial döyüşələrə qayıtma məsələsi də müzakirə olunacaq.
“HƏMAS tərksilah müqaviləsinə əməl etmir”, – deyə İsrail mənbəsi mediaya bildirib. “Biz vasitəçilərlə müzakirələr aparırıq”.
Ərəb mediasının məlumatına görə, HƏMAS şənbə günü səhər Qahirədə Sülh Şurasının Qəzza üzrə Ali Nümayəndəsi Nikolay Mladenovun Trampın Qəzza sülh planının ikinci mərhələsinin həyata keçirilməsi üçün 15 bəndlik yol xəritəsinə cavabını təqdim edib.
Məlumata görə, vasitəçilər və hətta bəzi HƏMAS-a aid olmayan Fələstin fraksiyaları belə HƏMAS-ın şərtlərə düzəlişlərinə təəccübləniblər. HƏMAS sürpriz şəkildə tam atəşkəs və İsrailin Qəzzadan çıxmasını tələb edir.
Qruplaşma həmçinin HƏMAS-ın mərhələli şəkildə tərksilah edilməsi təklifini qəbul etmədiyi bildirilərək, “silah məsələsinin Fələstin xalqının siyasi hüquqları ilə əlaqəli şəkildə, milli çərçivədə və hər iki tərəf üçün təhlükəsizliyin təmin edilməsi üçün zəruri təhlükəsizlik tədbirlərinin yaradılması kontekstində həll ediləcəyi”ni bildirib
Bu arada, “ynet”in məlumatına görə, bu axşam keçirilməsi planlaşdırılan Təhlükəsizlik Kabinetinin iclası ləğv edilib və bunun əvəzinə Baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə məhdud müzakirə keçiriləcək.