Nazir: “Azərbaycan iqtisadiyyatını özəl sektor idarə edir”

Nazir: “Azərbaycan iqtisadiyyatını özəl sektor idarə edir”

2020-ci ildən bəri Azərbaycanda qeyri-neft-qaz iqtisadiyyatı hər il orta hesabla 5 % böyüyüb və ötən il onun ümumi daxili məhsuldakı payı 72 %-ə çatıb.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumunda bildirib.

“Hazırda Azərbaycan iqtisadiyyatını özəl sektor idarə edir”, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 110 %-i ötüb, xarici dövlət borcu isə ÜDM-in cəmi 5,6 %-ni təşkil edir: “Biz proqnozlaşdırıla bilən və şəffaf mühitə malik olmağımızla qürur duyuruq”.

Report.