Azərbaycanda mövsümi xarakterli işlərdə mülki-hüquqi müqavilələr üzrə elektron xidmət alış aktı mexanizminin tətbiqi təklif edilir.
Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Əmək qanunvericiliyinin tələblərinə əsasən, vergi ödəyiciləri tərəfindən fiziki şəxslərin işlərin görülməsi və xidmətlərin göstərilməsinə cəlb olunması iki yolla həyata keçirilir:
– İşəgötürənlə işçi arasında əmək müqaviləsinin (kontrakt) bağlanılması;
– Vergi ödəyicisi tərəfindən mülki-hüquqi müqavilə çərçivəsində fiziki şəxslərin işlərə cəlb edilməsi.
Report.