Kreml Azərbaycan prezidentinin Şuşa forumundakı zarafatına reaksiya verib.
Dmitri Peskov mediaya yersiz açıqlamasında İlham Əliyevin zarafatlarını və Ukraynaya dəstək çıxışı ilə bağlı mövqeyi ilə “razılaşmadıqlarını” və hətta “yanlış” olduğunu iddia edib.
Qeyd edək ki, İlham Əliyev forumda Ukraynaya tam açıq dəstək ifadə etmişdi. Həmçinin Mixail Qusman və Sergey Markovun İlham Əliyevə müsbət suallarına görə Rusiyada cəzalandırılması ilə bağlı yumoru isə zalı qəhqəyə qərq etmişdi.