“Real TV”nin “Media Masası” verilişinin növbəti buraxılışında Mirşahin Ağayev izləyicilərlə bağlı qalmaqallı fikirlər səsləndirib.
O xüsusilə “televizora baxmıram” deyən şəxsləri kəskin tənqid edib.
Jurnalist bildirib ki, belə ifadələr qəbuledilməzdir :
“Mənim yanımda “televiziyaya baxmıram” deyənlərə ağır cavab verirəm. Necə yəni baxmıram? TV-yə baxmayan şəxs çimməyən, dişlərini yumayan biri kimidir. Mən onlara ən ağır sözlər deyirəm. İnsanları televiziyaya baxmağa məcbur etmək lazımdır”, – Mirşahin Ağayev bildirib.
Həmin hissəni təqdim edirik: